10 iyun 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin I kurs tələbələrinin buraxılış imtahanları təşkil olunub.
10 iyun 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin I kurs tələbələrinin buraxılış imtahanları təşkil olunub. İmtahanlar Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə yazılı formada keçiriləcək.
Buraxılış imtahanlarının keçirilməsində məqsəd tələbələrin tədris ili ərzində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi, onların hazırlıq səviyyəsinin müəyyənləşdirilməsidir. İmtahan prosesi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi qayda və tələblərə uyğun şəkildə, şəffaf və obyektiv mühitdə təşkil olunub.
İmtahanda iştirak edən tələbələrə əvvəlcədən zəruri məlumat və təlimatlar təqdim olunub. İmtahanın gedişinə nəzarət müəllim heyəti tərəfindən həyata keçirilib.
Qeyd edək ki, imtahan nəticələri yaxın günlərdə elan ediləcək və tələbələrin şəxsi təhsil göstəricilərinə əsasən qiymətləndiriləcək.

