Xəbərlər

24 iyun 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetində “Məzun 2025” adlı möhtəşəm tədbir təşkil olunub.

Slide 1

24 iyun 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetində “Məzun 2025” adlı möhtəşəm tədbir təşkil olunub.

24 iyun 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetində “Məzun 2025” adlı möhtəşəm tədbir təşkil olunub. Tədbir çərçivəsində universitetin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin iki tələbəsi yüksək nəticələrinə və fəal ictimai fəaliyyətlərinə görə Naxçıvan Dövlət Universitetinin Rektoru tərəfindən Təşəkkürnamə ilə təltif olunublar. Təltif olunan tələbələr: İbrahimov Adəm 3-cü kurs Telekommunikasiya və Kompüter Sistemlərinin İnformasiya Təhlükəsizliyi ixtisası, Məmmədova Nuray 3-cü kurs Bank işi ixtisası.Bu təqdirəlayiq hadisə tələbələrin təhsildə göstərdikləri əzmkarlıq və texniki sahələrdə qazandıqları nailiyyətlərin bariz nümunəsidir. Tələbələrin hər ikisi öz sahələrində bilik və bacarıqları ilə fərqlənmiş, eyni zamanda kollecin ictimai-mədəni həyatında da fəal iştirak etmişlər. 25 iyun 2025-ci il tarixində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov hər iki tələbəni kollecin kollektivi adından səmimi qəlbdən təbrik edib, onlara gələcək təhsillərində və karyeralarında uğurlar arzulayıb. Bu cür təşəkkürlər tələbələrə stimul olmaqla yanaşı, gənclər arasında elmi və peşəkar fəaliyyətə marağın artırılmasında mühüm rol oynayır. Naxçıvan Dövlət Texniki Kolleci gələcəkdə də savadlı, bacarıqlı və vətənpərvər gənclər yetişdirməyə davam edəcək.