2025–2026-cı tədris ilinə hazırlıq çərçivəsində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində genişmiqyaslı təmir və abadlıq işləri həyata keçirilib.
2025–2026-cı tədris ilinə hazırlıq çərçivəsində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində genişmiqyaslı təmir və abadlıq işləri həyata keçirilib. Yeni dərs ilinin başlanmasına az qalmış kollecin bütün infrastrukturunda — tədris sahələri, inzibati otaqlar, texniki və yardımçı bölmələr, həmçinin həyət və ümumi istifadə zonalarında – mövcud şəraitə uyğun olaraq yenilənmə və səliqə-sahman tədbirləri görülüb.
Əvvəlcə kollecin əsas tədris bloklarında yerləşən sinif otaqlarında təmir-bərpa işləri aparılıb. Müəllim və tələbələrin gündəlik fəaliyyət göstərdiyi bu otaqlarda divarlar yenidən rənglənib, elektrik xəttinə texniki baxış keçirilib, havalandırma və işıqlandırma sistemləri yoxlanılıb və mümkün nasazlıqlar aradan qaldırılıb. Otaqlarda gigiyenik vəziyyətin qorunması təmin edilib. Otaqlar gündəlik dərs prosesinə tam uyğun şəkildə səliqəli və istifadəyə hazır vəziyyətə gətirilib.
Kollecin tədris imkanları arasında mühüm yer tutan texniki və praktiki bacarıqların formalaşdırıldığı laboratoriyalarda da məqsədyönlü tədbirlər həyata keçirilib. Bu sahələrdə yerləşən avadanlıqların texniki baxışı aparılıb, elektrik bağlantıları yoxlanılıb və zəruri hallarda təmizlik və bərpa işləri yerinə yetirilib. Baxmayaraq ki, yeni avadanlıq alışı baş verməyib, mövcud infrastrukturun qorunması və düzgün istifadə şəraitinin təmin olunması prioritet kimi müəyyən edilib.
Tədris müəssisəsinin qışa hazırlığı istiqamətində də müvafiq tədbirlər görülüb. Xüsusilə qazanxana sahəsində mövsümöncəsi baxış və texniki xidmət işləri aparılıb. İstilik sistemində müşahidə olunan nasazlıqlar aradan qaldırılıb, bu da qarşıdakı qış aylarında kollecin istilik təminatının fasiləsiz təşkilinə zəmin yaradıb. Beləliklə, kollecin sinif otaqlarında və digər daxili məkanlarında qış mövsümündə istiliklə bağlı problemlərin yaranmaması üçün preventiv tədbirlər görülüb.
Kollecin bufet sahəsində də gigiyenik vəziyyətə xüsusi diqqət yetirilib. Əsaslı yenidənqurma nəzərdə tutulmasa da, mövcud şərait daxilində təmizlik, dezinfeksiya və səliqə işləri həyata keçirilib. ..
Daha da ətraflı facebook səhifəmizdə..


