Xəbərlər

Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecdə ikinci dəfə keçirilən tender uğurla yekunlaşdı

Slide 1
Slide 2

Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecdə ikinci dəfə keçirilən tender uğurla yekunlaşdı

Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecdə ikinci dəfə keçirilən tender uğurla yekunlaşdı

Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecdə tədris prosesinin müasir tələblərə uyğun təşkili məqsədilə elan olunmuş tender müsabiqəsi ikinci dəfə uğurla yekunlaşıb.

Tədbirin əvvəlində Naxçıvan Dövlət Universitetinin İkt və Elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərliçıxış edərək bildirib ki, təhsil müəssisələrinin texniki imkanlarının gücləndirilməsi, maddi-texniki bazasının yenilənməsi tələbələrin peşə hazırlığının və təhsil keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Onun sözlərinə görə, ardıcıl olaraq həyata keçirilən tenderlər həm kollecin imkanlarını genişləndirir, həm də müasir tədris şəraitinin yaradılmasına mühüm töhfə verir.

Daha sonra Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecin direktoru Asəf Ruşanov çıxış edib. Direktor qeyd edib ki, ikinci dəfə uğurla başa çatan tender nəticəsində kollecin tədris otaqları və inzibati bölmələri daha da müasir avadanlıqlarla təmin ediləcək. Bu isə həm müəllimlərin tədris prosesində yeni metodlardan istifadəsini, həm də tələbələrin bilik və bacarıqlarının inkişafını dəstəkləyəcək.

Çıxışlarda vurğulanıb ki, bu proses tədris mühitinin yaxşılaşdırılması ilə yanaşı, kollecin inkişaf strategiyasının davamlı xarakter daşıdığını nümayiş etdirir. Tələbələr üçün yaradılan müasir şərait onların peşəkar hazırlığının daha keyfiyyətli olmasına və gələcəkdə əmək bazarında rəqabətədavamlı mütəxəssis kimi yetişməsinə imkan verəcək.

Sonda qeyd olunub ki, Naxçıvan Dövlət Texniki Kollecində ikinci dəfə həyata keçirilən tender müsabiqəsi bölgədə peşə təhsilinin keyfiyyətini artırmaq və müasir tədris şəraitini təmin etmək baxımından əhəmiyyətli addımdır.