Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin ailəsinə qoşulmağınız münasibətilə sizi ürəkdən təbrik edirik!
🎉 Əziz tələbələr! 🎉
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin ailəsinə qoşulmağınız münasibətilə sizi ürəkdən təbrik edirik!
Siz artıq yalnız bir kollec tələbəsi deyil, eyni zamanda zəngin ənənələrə malik, yüz illik tarixə söykənən elm ocağının üzvüsünüz. Qarşıdakı illərdə burada yalnız bilik və bacarıqlar əldə etməyəcək, həm də dostluq, əməkdaşlıq və böyük uğurlar qazanacaqsınız.
📚 İnanırıq ki, hər biriniz kollecin şərəfini uca tutacaq, bilik və zəhmətinizlə gələcəyinizə möhkəm addımlar atacaqsınız.
Bir daha sizi təbrik edir, yeni tədris ilində uğurlar və parlaq nailiyyətlər arzulayırıq! 🌿
