01 Sentyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində yazıçı Jalə Cəfərovanın müəllifi olduğu "Şirin Ömür Payım Vətənə Qurban" adlı kitabının təqdimat mərasimi keçirilib.
01 Sentyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində yazıçı Jalə Cəfərovanın müəllifi olduğu "Şirin Ömür Payım Vətənə Qurban" adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbir Naxçıvan Dövlət Texniki Kollecinin təşkilatçılığı və birbaşa Naxçıvan Dövlət Universitetinin rektoru cənab Elbrus İsayevin dəstəyi ilə həyata keçirilmișdir.
Təqdimat mərasiminin keçirilməsində məqsəd Vətən uğrunda canını fəda etmiş şəhidlərin ömür yoluna işıq tutmaq, gənc nəslə milli ruh, vətənpərvərlik və fədakarlıq hisslərini aşılamaq, eləcə də şəhid ailələrinə mənəvi dəstək göstərmək olmuşdur.
Kollecin direktoru Asəf Ruşanov tədbiri giriş sözü ilə açaraq, tədbirin əhəmiyyətinə toxunub və bildirib:
Bu gün biz Vətənə canını fəda etmiş şəhidlərimizin ömür yoluna, onların ailələrinin yaşadığı müqəddəs ağrıya və cəmiyyətin bu qəhrəmanlara olan borcuna işıq tutan dəyərli bir əsərin – Jalə Cəfərovanın müəllifi olduğu “Şirin Ömür Payım Vətənə Qurban” kitabının təqdimatı üçün bir araya gəlmişik.
Bu kitab sadəcə bir ədəbiyyat nümunəsi deyil – o, vətənpərvərliyin, fədakarlığın və şəhidlik zirvəsinin canlı təcəssümüdür. Kitabda əks olunan hər bir hekayə, şəhid ailələrinin ağrılı xatirələri, döyüş yolunun izləri bu torpaqlar uğrunda can verən igidlərimizin unudulmaz irsidir.
Gənclərimizin bu kimi tədbirlərdə iştirakı onların vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Biz təhsil müəssisəsi olaraq təkcə bilik deyil, eyni zamanda milli-mənəvi dəyərlər, Vətənə sevgi və şəhidlərə ehtiram hisslərini də aşılayırıq. Bu baxımdan belə təşəbbüsləri xüsusi önəmli hesab edir və dəstəkləyirik.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı bizim üçün də örnəkdir. Biz təhsil işçiləri və ictimaiyyət nümayəndələri olaraq bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirəcəyik.
Daha da ətraflı facebook səhifəmizdə...



