08 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində mühüm elmi-nəzəri əhəmiyyət daşıyan nəşrlərdən biri – “Məqalələr Toplusu – Xüsusi Buraxılış №2 " kitabının təqdimatı keçirilimşdir.
08 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində mühüm elmi-nəzəri əhəmiyyət daşıyan nəşrlərdən biri – “Məqalələr Toplusu – Xüsusi Buraxılış №2 " kitabının təqdimatı keçirilimşdir.
Tədbiri giriş sözü ilə kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov açıb. O, çıxışında kollecin elmi mühitində əldə olunan nailiyyətlərdən, müəllim və tələbələrin elmi yaradıcılığa marağından söz açıb. Direktor vurğulayıb ki, məqalələr toplusunun nəşri təkcə müəllimlərin deyil, həm də tələbələrin elmi fəaliyyətini stimullaşdırmaq, onların tədqiqat vərdişlərini inkişaf etdirmək baxımından böyük əhəmiyyət daşıyır. Asəf Ruşanov bildirib ki, belə toplular kollecin intellektual mühitini daha da zənginləşdirir və elmi ənənələrin formalaşmasına töhfə verir.
Daha sonra kollecin tarix müəllimi Hüseynova Aytən çıxış edib. O, toplunun məzmunu barədə ətraflı məlumat verərək, burada yer alan məqalələrin müxtəlif sahələri əhatə etdiyini qeyd edib. Müəllim bildirib ki, elmi yazılarda həm humanitar, həm də texniki istiqamətlər üzrə aktual məsələlər işıqlandırılıb. Bu baxımdan, “Məqalələr Toplusu – Xüsusi Buraxılış №2 ” kollecin pedaqoji heyətinin və tələbələrinin elmi potensialını nümayiş etdirən mühüm bir göstərici kimi dəyərləndirilməlidir.
Çıxışlarda həmçinin qeyd olunub ki, bu kimi nəşrlərin davamlı şəkildə işıq üzü görməsi gənc nəslin elmi axtarışlara yönləndirilməsinə, kollecin elmi-mədəni həyatında canlanmaya səbəb olur. Tədbirin sonunda iştirakçılar yeni buraxılışı diqqətlə nəzərdən keçirib və müəllifləri təbrik ediblər.
