Xəbərlər

15 Sentyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 2025–2026-cı tədris ilinin ilk dərsi şəhid ailələri tərəfindən keçirildi.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5
Slide 6
Slide 7

15 Sentyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 2025–2026-cı tədris ilinin ilk dərsi şəhid ailələri tərəfindən keçirildi.

15 Sentyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 2025–2026-cı tədris ilinin ilk dərsi şəhid ailələri tərəfindən keçirildi.

2025–2026-cı tədris ilinin başlanması münasibətilə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində ənənəvi “ilk dərs” tədbiri təşkil olundu. Bu il tədbir daha da mənalı olmuş, dərs şəhid ailələrinin iştirakı ilə keçirilmişdir.

Kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov tədbiri açaraq ilk dərsin mahiyyəti, ölkəmizdə vətənpərvərlik ruhunun aşılanması və gənc nəsildə vətən sevgisinin formalaşdırılmasının önəmi barədə geniş məlumat verdi. O, tələbələri və müəllimləri təbrik edərək, yeni tədris ilində uğurlar arzuladı və kollecin nizam-intizam qaydaları, dərs prosesində diqqət yetirilməsi vacib olan məsələlər haqqında danışdı.

Tədbirdə şəhid ailələri iştirak etmişdir. Onlar öz həyat hekayələrini, övladlarının vətən yolunda göstərdikləri qəhrəmanlıqları tələbələrlə bölüşərək, gənc nəsilləri vətənpərvər olmağa çağırdılar. Tədbirdə iştirak edən şəhid ailələri aşağıdakılardır:

* Șəhid **Sahil Məmmədovun* – anası
* Șəhid *Mərhəmət Həmzəyevin* – anası və atası
* Șəhid **Rasim Məmmədovun** – anası
* Șəhid **Rasim Ramazanovun** – anası və atası
* Șəhid **Bahadur Abbasovun** – həyat yoldaşı
* Șəhid **Əli Yusifovun** – atası
* Șəhid **Nuriyev Cavidin** – atası
* Șəhid **Ələkbərov Bağırın** – atası
* Șəhid **Göydağlı Ramazanun** – atası
* Șəhid **Cəfərov Ülvinin** – anası və atası
* Șəhid **Rzayev Zülfunun** – anası
* Șəhid **Muradlı İlkinin** – anası
* Șəhid **İbrahimli Elçinin** – anası və atası
* Șəhid **Vəlizadə İbrahimin** – atası
* Șəhid **Gözəlov Rüfətin** – anası
* Șəhid **Məmmədov Sahilin** – anası
* Șəhid **Sərxan Salahovun** – anası
* Șəhid **Seymur Cabbarovun** – atası

Valideynlər tələbələrlə səmimi söhbət apararaq, gənc nəslin vətənə bağlı, milli ruhda tərbiyə olunmasının vacibliyini vurğuladılar. Onlar uşaqlarının göstərdiyi qəhrəmanlıqları və vətən yolunda etdikləri fədakarlıqları xatırlatdılar.

Daha ətraflı facebook səhifəmizdə...