Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Humanitar fənlər birləşməsi komissiyasının tarix müəllimi Gülnar Niftəliyeva tərəfindən Dövlət Suverenliyi Günü ilə əlaqədar açıq dərs keçirilmişdir
17 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Humanitar fənlər birləşməsi komissiyasının tarix müəllimi Gülnar Niftəliyeva tərəfindən Dövlət Suverenliyi Günü ilə əlaqədar açıq dərs keçirilmişdir. Tədbiri giriş sözü ilə direktor, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov açmış, tələbələrə bu əlamətdar günün əhəmiyyətini vurğulamış, suverenliyimizin qorunub saxlanmasında gənclərimizin rolunu diqqətə çatdırmışdır.
Ardınca Humanitar fənlər birləşməsi komissiyasının sədri Sərvər Əliyev və tarix müəllimi Gülnar Niftəliyeva çıxış edərək, II Qarabağ müharibəsinin və lokal antiterror əməliyyatının tarixini, nəticələrini ətraflı şəkildə tələbələrə çatdırmışlar.
Tədbirin sonunda Dövlət Suverenliyi Günü ilə bağlı hazırlanmış videoçarx təqdim edilmişdir. Bu cür tədbirlər, gənclərə irs qoyuluşunu, tariximizi və milli dəyərlərimizi anlamaq baxımından vacibdir.



