Xəbərlər

18 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar Humanitar Fənlər birləşmə komissiyası tərəfindən açıq dərs keçirilmişdir.

Slide 1
Slide 2
Slide 3
Slide 4

Açıq dərsi giriş sözü ilə açan kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqı tarix boyu azadlıq, müstəqillik və dövlətçilik ideallarını yaşatmış, bu uğurda böyük mübarizə aparmışdır. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin hüquqi-siyasi əsaslarını müəyyənləşdirən, xalqımızın azadlıq və ədalət arzularının təcəssümüdür. Konstitusiya yalnız qanunverici sənəd deyil, həm də müstəqilliyimizin təminatı, milli birliyimizin, dövlətçiliyimizin rəmzidir.

Asəf Ruşanov çıxışında təhsil müəssisələrinin üzərinə düşən mühüm vəzifələrdən danışaraq qeyd etmişdir ki, gənc nəslin dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlərə sadiq ruhda yetişdirilməsi vacibdir. Bu məqsədlə keçirilən açıq dərslər, seminarlar, maarifləndirici tədbirlər tələbələrdə vətənpərvərlik duyğularını gücləndirməyə, Konstitusiya və dövlətçilik prinsiplərinə sədaqəti möhkəmləndirməyə xidmət edir.

Daha sonra kollecin Azərbaycan dili və ədəbiyyat müəllimi Sərvər Əliyev çıxış edərək Konstitusiyanın dövlət dilimizin qorunması və inkişafı baxımından əhəmiyyətini vurğulamışdır. O qeyd etmişdir ki, dövlət dili hər bir xalqın varlığının əsas göstəricisi, milli kimliyinin daşıyıcısıdır. Azərbaycan dili həm ədəbi, həm də hüquqi baxımdan Konstitusiyada özünə möhkəm yer almış, xalqımızın milli dəyəri kimi təsbit olunmuşdur. Müəllim tələbələri ana dilinə sevgili, ədəbi irsimizi dərindən öyrənən, onu qoruyub gələcək nəsillərə ötürən gənclər olmağa səsləmişdir.

Kollecin tarix müəllimi Seyidova Elnarə çıxışında isə Konstitusiyanın tarixi əhəmiyyətindən söz açmışdır. O bildirmişdir ki, Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etdikdən sonra qəbul edilən Konstitusiya ölkəmizin siyasi-hüquqi sisteminin möhkəmlənməsində həlledici rol oynamışdır. Bu sənəd xalqın tarixi iradəsini əks etdirməklə yanaşı, dövlətçiliyimizin gələcək inkişaf istiqamətlərini də müəyyən etmişdir.