19 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Dövlət Suverenliyi Günü ilə əlaqədar tədbir keçirilmişdir.
19 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Dövlət Suverenliyi Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov açaraq çıxış etmişdir. O, iştirakçıları salamlayaraq tədbirin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulamış, Dövlət Suverenliyi Gününün xalqımızın milli iradəsinin, azadlıq uğrunda mübarizə əzminin parlaq göstəricisi olduğunu qeyd etmişdir. Direktor çıxışında bildirmişdir ki, dövlət suverenliyi hər bir millətin ən böyük dəyəri, varlığının əsas dayağıdır. Azərbaycan xalqı əsrlər boyu azadlıq və müstəqillik arzusu ilə yaşamış, bunun uğrunda böyük fədakarlıqlar göstərmişdir.
Asəf müəllim öz nitqində 1991-ci ildə bərpa edilən müstəqilliyimizin tarixi əhəmiyyətindən danışaraq vurğulamışdır ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz əbədi və dönməz xarakter almışdır. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz suverenliyini möhkəmləndirərək dünya miqyasında güclü və söz sahibi olan bir dövlətə çevrilmişdir. Direktor tələbələrə müraciət edərək onları dövlətə, xalqa və milli-mənəvi dəyərlərə sədaqətli olmağa, elm və bilik qazanaraq gələcəyin məsuliyyətli vətəndaşları kimi yetişməyə səsləmişdir.
Daha sonra kollecin tarix müəllimi Niftəliyeva Gülnar çıxış edərək Dövlət Suverenliyi Gününün mahiyyəti, onun xalqımızın azadlıq iradəsinin təntənəsi olması barədə ətraflı məlumat vermişdir. Tədbirin davamında tələbələrin mövzuya dair məruzəsi dinlənilmiş, onun çıxışında vurğulanan fikirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Sonda isə Azərbaycan dövlətçiliyini və suverenliyini əks etdirən videoçarx nümayiş etdirilmişdir.



