"Konstitusiya və Suverenlik ili" ilə əlaqədar tələbələr üçün Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiya təşkil olunmuşdur.
19 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici Dillər fənn birləşməsi komissiyasının müəllimi tərəfindən "Konstitusiya və Suverenlik ili" ilə əlaqədar tələbələr üçün Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiya təşkil olunmuşdur.
Ekskursiya zamanı muzey bələdçisi iştirakçılara Azərbaycanın qədim və zəngin tarixi, dövlətçilik ənənələrinin formalaşması, eləcə də müstəqillik və suverenlik uğrunda xalqımızın apardığı mübarizə barədə ətraflı məlumat vermişdir. Tələbələr müxtəlif tarixi eksponatlarla tanış olmuş, qədim dövrlərdən müasir dövrə qədər dövlətçilik tariximizin inkişaf mərhələləri haqqında biliklərini artırmışlar.
Sonda müəllim çıxış edərək belə tədbirlərin tələbələrin dünyagörüşünün formalaşmasında, onların milli-mənəvi dəyərlərə bağlılığının möhkəmlənməsində mühüm rol oynadığını qeyd etmişdir.

