22 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Xarici Dillər fənn birləşməsi komissiyasının müəllimi 27 Sentyabr – Anım Gününün 5-ci ildönümünə həsr olunmuş esse yazı müsabiqəsi keçirmişdir.

Müsabiqə kollecin I kurs tələbələri arasında təşkil olunmuş, iştirakçılar Vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinə, qəhrəmanlıq və vətənpərvərlik mövzularına həsr etdikləri esse nümunələri ilə çıxış etmişlər. Tədbirin keçirilməsində məqsəd gənclərdə milli-mənəvi dəyərlərə hörmət hissini artırmaq, onların vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək olmuşdur.