19 sentyabr 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar olaraq Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Xarici Dillər fənn birləşməsi komissiyasının müəllimləri tərəfindən açıq dərs keçirilmiş
19 sentyabr 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar olaraq Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Xarici Dillər fənn birləşməsi komissiyasının müəllimləri tərəfindən açıq dərs keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov ölkəmizdə 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan olunmasının əhəmiyyətindən danışaraq bildirdi ki, bu cür tədbirlər gənclərin milli dəyərlərə, dövlətçilik ənənələrinə daha dərindən bələd olmalarına böyük töhfə verir. O, tələbələrin həm peşəkar biliklərinin artırılması, həm də vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini qeyd etdi.
Daha sonra Xarici Dillər fənn birləşməsi komissiyasının müəllimləri tələbələrə mövzu ilə bağlı ətraflı məlumat verdilər, Konstitusiyanın əsas prinsipləri, dövlət suverenliyinin tarixi əhəmiyyəti barədə geniş izahlar apardılar. Açıq dərsdə tələbələrin sualları cavablandırıldı, mövzu ətrafında müzakirələr aparıldı.




