Xəbərlər

I kurslar arasında Vətən müharibəsi qəhrəmanlarının tanıdılması və tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə “Kimdir bu qəhrəman?” adlı interaktiv oyun təşkil olundu.

Slide 1
Slide 2
Slide 3

I kurslar arasında Vətən müharibəsi qəhrəmanlarının tanıdılması və tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə “Kimdir bu qəhrəman?” adlı interaktiv oyun təşkil olundu.

22 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Ümumtəhsil texniki fənn birləşməsi komissiyasının müəllimələri tərəfindən I kurslar arasında Vətən müharibəsi qəhrəmanlarının tanıdılması və tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə “Kimdir bu qəhrəman?” adlı interaktiv oyun təşkil olundu.
Direktor Asəf Ruşanovun çıxışında tədbir haqqında vurğuladıki qəhrəmanlarımız canlarını qurban verərək torpaqlarımızın bütövlüyünü təmin etdilər. Onların göstərdikləri şücaət gənclərimiz üçün ən böyük nümunədir. Siz – gənclər, onların yolunu davam etdirməli, Vətənə layiqli övlad olmalısınız.

Kollecimizin müəllim və tələbələrinin təşkil etdiyi bu interaktiv oyun yalnız bir bilik yarışması deyil, həm də vətənpərvərlik məktəbidir. Mən əminəm ki, bu cür tədbirlər sizin qəlbinizdə Vətən sevgisini daha da gücləndirəcək.

Tələbələr oyunda müxtəlif suallara cavab verərək şəhid və qəhrəmanlarımızın həyat və döyüş yolları haqqında daha yaxından məlumat əldə etdilər. Oyun həm biliklərin artırılması, həm də qəhrəmanlarımızın unudulmaz xatirəsinin yaşadılması baxımından böyük maraqla qarşılandı.

Sonda qalib iştirakçılara təşəkkürnamələr təqdim olundu.