Anım günü ilə bağlı olaraq Naxçıvan Dövlət Texniki Kollecinin müəllim və tələbə heyəti şəhidimiz Gizir Rəcəbov Vaqif Yaqub oğlunun ailəsini ziyarət etmişdir.
22 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Ümumtəhsil texniki fənn birləşməsi komissiyasının müəllimələrinin təşəbbüsü ilə 27 sentyabr – Anım günü ilə bağlı olaraq Naxçıvan Dövlət Texniki Kollecinin müəllim və tələbə heyəti şəhidimiz Gizir Rəcəbov Vaqif Yaqub oğlunun ailəsini ziyarət etmişdir.
Ziyarət zamanı şəhidin ailə üzvləri ilə görüşülmüş, onun keçdiyi şərəfli həyat yolu, qəhrəmanlığı və Vətən uğrunda göstərdiyi igidlik barədə söhbətlər aparılmışdır. Müəllim və tələbələr şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad etmiş, ailəsinə mənəvi dəstək olduqlarını bildirmişlər.
Bu kimi tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasına xidmət edir.



