23 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Tədris işləri üzrə direktor müavini və fənn birləşmə komissiyasının müəllimlərinin iştirakı ilə iclas keçirilmişdir.

İclasda qarşıda duran vəzifələr və həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı müzakirələr aparılmış, müəllimlərin tədris prosesində üzərinə düşən vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsinin vacibliyi vurğulanmışdır.
Tədrisin keyfiyyətinin artırılması, tələbələrin elmi biliklərə marağının yüksəldilməsi, dərsdənkənar tədbirlərin səmərəli təşkili və təlim-tərbiyə işlərinin gücləndirilməsi ilə bağlı bir sıra təkliflər səsləndirilmişdir.
Sonda kollecin tədris planında nəzərdə tutulan işlərin vaxtında və düzgün icra olunması üçün müvafiq tapşırıqlar verilmişdir.