Xəbərlər

27 Sentyabr – Anım Günü ilə əlaqədar tələbələrin Vətən tarixinə və qəhrəmanlıq ənənələrinə daha yaxından bələd olmaları məqsədilə "Xatirə Muzeyi"nə və "Zəfər Parkı"nda ekskursiyada olmuşlar.

Slide 1

27 Sentyabr – Anım Günü ilə əlaqədar tələbələrin Vətən tarixinə və qəhrəmanlıq ənənələrinə daha yaxından bələd olmaları məqsədilə "Xatirə Muzeyi"nə və "Zəfər Parkı"nda ekskursiyada olmuşlar.

24 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimi 27 Sentyabr – Anım Günü ilə əlaqədar tələbələrin Vətən tarixinə və qəhrəmanlıq ənənələrinə daha yaxından bələd olmaları məqsədilə "Xatirə Muzeyi"nə və "Zəfər Parkı"nda ekskursiyada olmuşlar.

Ekskursiya zamanı tələbələr Azərbaycan xalqının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ucaldılmış abidələrlə tanış olmuş, qəhrəman övladlarımızın şərəfli həyat və döyüş yoluna nəzər salmışlar. Zəfər Parkında isə Vətən müharibəsində qazanılmış tarixi qələbəni əks etdirən guşələr, hərbi texnika nümunələri və zəfər rəmzləri barədə ətraflı məlumat almışlar.

Belə tədbirlər gənclərdə vətənpərvərlik hisslərinin möhkəmləndirilməsinə, dövlətçilik ənənələrinə sadiqliyin artırılmasına xidmət edir.