Xəbərlər

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəlliminin təşəbbüsü ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub.

Slide 1
Slide 2
Slide 3
Slide 4

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəlliminin təşəbbüsü ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub.

27 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəlliminin təşəbbüsü ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov Azərbaycan xalqının qəhrəmanlıq tarixindən, Vətən müharibəsində qazanılmış şanlı Zəfərdən danışaraq şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb. O, Anım Gününün keçirilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd edib.

Daha sonra kollecin müəllimi çıxış edərək Anım Gününün tarixi əhəmiyyətindən, ölkəmizin suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin qəhrəmanlıq yolundan söz açıb.

Tədbirdə tələbələrin mövzu ilə bağlı çıxışları dinlənilib, onların şəhidlərimizə həsr etdikləri fikirlər və ədəbi-bədii nümunələr tədbirə xüsusi rəng qatıb.

Sonda 27 Sentyabr – Anım Gününə həsr olunmuş slayd təqdimatı nümayiş etdirilib. Slaydda Vətən müharibəsi ilə bağlı faktlar, qəhrəman şəhidlərimizin igidlik yolu və Zəfər tariximizi əks etdirən məqamlar iştirakçılara təqdim olunub.

Belə tədbirlər gənclərin milli ruhda formalaşmasına, tariximizə və şəhidlərimizin əziz xatirəsinə ehtiram hisslərinin möhkəmlənməsinə xidmət edir.