Xəbərlər

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Ümumtəhsil və texniki ixtisaslar fənn birləşmə komissiyasının müəlliminin təşəbbüsü ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş görüş təşkil olunub.

Slide 1
Slide 2
Slide 3

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Ümumtəhsil və texniki ixtisaslar fənn birləşmə komissiyasının müəlliminin təşəbbüsü ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş görüş təşkil olunub.

24 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Ümumtəhsil və texniki ixtisaslar fənn birləşmə komissiyasının müəlliminin təşəbbüsü ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş görüş təşkil olunub. Tədbirdə şəhid Əlizadə Fuadın və şəhid Zeynalov Elnurun ailə üzvləri, həmçinin digər şəhid valideynləri, kollecin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov çıxış edərək şəhidlərin qəhrəmanlıq yolundan, onların gənc nəslə miras qoyduğu vətənpərvərlik ənənəsindən geniş söz açıb. O, qeyd edib ki, Vətən uğrunda canından keçən igidlərin xatirəsi hər zaman əziz tutulacaq, gənclər onların göstərdiyi fədakarlığı öz həyat amalına çevirməlidirlər.

Ardınca şəhid ailələri çıxış ediblər. Şəhid Əlizadə Fuadın anası Şəfa Əlizadə oğlunun vətən sevgisindən və mübariz ruhundan danışaraq bütün şəhid analarının qürur mənbəyinin övladlarının qəhrəmanlığı olduğunu vurğulayıb. Şəhid Zeynalov Elnurun qardaşı Ruslan Zeynalov isə qardaşının həyat yolundan söz açaraq onun igidliyinin gənclərə örnək olduğunu bildirib. Görüşdə iştirak edən digər şəhid valideynləri də övladlarının qəhrəmanlıq salnaməsindən danışaraq onların xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd ediblər.

Tədbirin bədii hissəsində kollecin tələbələrindən ibarət xor qrupu “Ana, mən şəhid oldum” adlı kompozisiyanı və müxtəlif şeirləri səsləndirib. Sonda şəhidlərimizin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Belə görüşlər şəhid ailələrinə göstərilən ehtiramın bariz nümunəsi olmaqla yanaşı, həm də gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.