24 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində Fənn Birləşmə Komissiyalarının təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov 27 Sentyabrın Azərbaycan xalqının yaddaşında xüsusi yeri olan bir gün olduğunu vurğulayıb. O, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlıq yolundan danışaraq onların göstərdiyi igidliyin gələcək nəsillər üçün örnək olduğunu bildirib. Direktor çıxışında həmçinin Anım Gününün dövlət səviyyəsində qeyd olunmasının şəhidlərin xatirəsinə göstərilən yüksək ehtiramın bariz nümunəsi olduğunu qeyd edib.
Daha sonra kollecin tarix müəllimi mövzu ətrafında məruzə ilə çıxış edib. Məruzədə Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan ordusunun qəhrəmanlıq salnaməsindən və xalqımızın həmrəyliyi sayəsində əldə olunan böyük qələbədən bəhs olunub.
Tədbirin bədii hissəsində tələbələrin hazırladıqları vətənpərvərlik ruhlu şeirlər səsləndirilib, Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Belə tədbirlər gənclərin milli-mənəvi dəyərlərə bağlılığının, vətənpərvərlik ruhunun möhkəmlənməsinə və tariximizi dərindən öyrənmələrinə mühüm töhfə verir.