27 Sentyabr – Anım Günü ilə əlaqədar "Xatirə Muzeyi"ndə və "Zəfər Parkın"da ekskursiyada olmuşlar.
25 sentyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümümtəhsil və Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimi tələbələr ilə birlikdə 27 Sentyabr – Anım Günü ilə əlaqədar "Xatirə Muzeyi"ndə və "Zəfər Parkın"da ekskursiyada olmuşlar.
Ekskursiya zamanı tələbələr Azərbaycanın qəhrəmanlıq salnaməsini özündə əks etdirən tarixi faktlarla yaxından tanış olmuş, şəhidlərimizin əziz xatirəsi yad edilmişdir. Zəfər Parkında təşkil olunan gəzinti isə gənclərdə vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə xidmət etmişdir.



