10 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Kitabxanasında "Kitabxana könüllüləri" ilə görüş keçirilmişdir.
10 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Kitabxanasında "Kitabxana könüllüləri" ilə görüş keçirilmişdir.
Görüş zamanı tələbələr kitabxananın gələcək fəaliyyət planlarını müzakirə etdilər və yeni layihələr barədə fikir mübadiləsi apardılar.
Könüllülər Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin müzakirəsini keçirməyi, yazıçının ev muzeyinə səfər etməyi və əsərin film versiyasına birgə baxış təşkil etməyi qərara aldılar.
Tədbir səmimi və ruhlandırıcı ab-havada keçdi. İştirakçılar kitabxananın ədəbi-mədəni fəaliyyətlərində aktiv iştirak edəcəklərini bildirdilər.


