10 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil texniki fənlər birləşməsinin müəllim və tələbələri “Konstitusiya və Suverenlik İli” çərçivəsində Bayraq Muzeyini ziyarət ediblər.

Ziyarət zamanı tələbələr Azərbaycan Respublikasının dövlət atributları, bayrağımızın tarixi və milli dəyərlərimiz haqqında geniş məlumat əldə ediblər.
Bu kimi tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, milli dəyərlərə hörmət və sevgisinin daha da möhkəmlənməsinə xidmət edir.