Xəbərlər

Naxçıvan Dövlət Texniki Kollecində Ümumitəhsil və texniki fənn birləşməsi müəllimlərinin təşəbbüsü ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş keçirilən “Kimdir bu qəhrəman?” adlı interaktiv oyununun iştirakçıları təltif olunublar.

Slide 1
Slide 2
Slide 3
Slide 4

Naxçıvan Dövlət Texniki Kollecində Ümumitəhsil və texniki fənn birləşməsi müəllimlərinin təşəbbüsü ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş keçirilən “Kimdir bu qəhrəman?” adlı interaktiv oyununun iştirakçıları təltif olunublar.

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Ümumitəhsil və texniki fənn birləşməsi müəllimlərinin təşəbbüsü ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş keçirilən “Kimdir bu qəhrəman?” adlı interaktiv oyununun iştirakçıları təltif olunublar.

Oyun zamanı tələbələr qəhrəman Vətən övladlarının həyat və döyüş yolları barədə biliklərini nümayiş etdiriblər. Onlar şəhidlərimizin igidlik yolunu böyük maraq və hörmətlə təqdim ediblər.

Fəallığı ilə seçilən tələbələr kollec rəhbərliyi tərəfindən diplomlarla təltif olunublar. Diplomları tələbələrə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov təqdim edib.

Belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, şəhidlərimizin şərəfli həyat yolunun təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.