Xəbərlər

Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimi tələbələr ilə birlikdə "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar "Dövlət Tarix Muzeyi"ndə ekskursiyada olmuşlar.

Slide 1

Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimi tələbələr ilə birlikdə "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar "Dövlət Tarix Muzeyi"ndə ekskursiyada olmuşlar.

10 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimi tələbələr ilə birlikdə "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar "Dövlət Tarix Muzeyi"ndə ekskursiyada olmuşlar.

Ekskursiya zamanı tələbələr muzeyin bölmələri ilə yaxından tanış olublar. Onlara Azərbaycan xalqının qədim və zəngin tarixi, dövlətçiliyimizin formalaşma mərhələləri, mədəni irsimiz və milli dəyərlərimiz barədə ətraflı məlumat verilib.

Tələbələr muzeydə sərgilənən nadir tarixi eksponatlara böyük maraq göstəriblər. Ekskursiyanın sonunda dövlətçilik ənənələrinin qorunması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində maarifləndirici söhbət aparılıb.

Belə tədbirlər gənc nəslin milli kimlik və dövlətçilik dəyərlərinə hörmət ruhunda formalaşmasına mühüm töhfə verir.