Xəbərlər

Turizm işinin təşkili ixtisası üzrə təhsil alan II kurs tələbələri “İngilis dilində işgüzar və akademik kommunikasiya” fənnindən keçirilən dərsi Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin Linqvistika otağında keçirilmişdir.

Slide 1
Slide 2
Slide 3

Turizm işinin təşkili ixtisası üzrə təhsil alan II kurs tələbələri “İngilis dilində işgüzar və akademik kommunikasiya” fənnindən keçirilən dərsi Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin Linqvistika otağında keçirilmişdir.

14 oktyabr 2025-ci il Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Turizm işinin təşkili ixtisası üzrə təhsil alan II kurs tələbələri “İngilis dilində işgüzar və akademik kommunikasiya” fənnindən keçirilən dərsi Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin Linqvistika otağında keçirilmişdir.

Tədrisin əsas məqsədi tələbələrin işgüzar və akademik mühitdə ingilis dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək, onların peşəkar fəaliyyətlərində istifadə edə biləcəkləri lüğət ehtiyatını genişləndirmək və real kommunikativ situasiyalar üzərində praktik biliklər qazandırmaqdan ibarət olmuşdur.

Dərs prosesi dinləmə, danışıq, oxu və yazı bacarıqlarının inkişafını əhatə edən interaktiv təlim üsulları ilə aparılmışdır. Xüsusilə dinləmə fəaliyyətinə üstünlük verilmiş, tələbələrə işgüzar görüş və təqdimat mövzularında audio materiallar təqdim olunmuşdur. Dinləmə tapşırıqları vasitəsilə tələbələr mətndəki əsas ideyaları müəyyənləşdirmə, detalları anlama və eşitdikləri informasiyaya əsasən müzakirə aparmaq bacarıqlarını təkmilləşdirmişlər.

Eyni zamanda tələbələr qrup şəklində təqdimatlar hazırlamış, dialoqlar qurmuş və real iş mühitinə uyğun kommunikativ situasiyalarda öz biliklərini tətbiq etmişlər.
Bu cür dərslərin təşkili tələbələrin dil bacarıqlarının inkişafı, dinləmə-anlama səviyyəsinin yüksəldilməsi və gələcək peşəkar fəaliyyətlərində effektiv ünsiyyət qurma qabiliyyətlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.