Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənlər birləşməsi komissiyasının müəllimi və tələbələri “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Xan Sarayı muzeyinə ekskursiya etmişlər.
14 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənlər birləşməsi komissiyasının müəllimi və tələbələri “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Xan Sarayı muzeyinə ekskursiya etmişlər.
Ekskursiyanın məqsədi tələbələrdə Azərbaycan dövlətçiliyinin tarixi irsinə, milli-mədəni dəyərlərinə və suverenlik anlayışına marağın artırılması, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi olmuşdur.
Tələbələr muzeydə Naxçıvan xanlığının tarixi, memarlıq irsi və müstəqillik ideyalarının formalaşmasında Naxçıvanın rolu barədə ətraflı məlumat almış, eksponatlarla yaxından tanış olmuşlar.

