Xəbərlər

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

15 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra tədbiri kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov açaraq iştirakçıları salamlayıb. O, çıxışında Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında və 1995-ci il Konstitusiyasının hazırlanmasında oynadığı mühüm tarixi roldan danışıb.

Direktor qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın iradəsini ifadə edən, dövlətin müstəqilliyini, suverenliyini və insan hüquqlarını təmin edən ali hüquqi sənəddir. Bu sənədin müəllifi olan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının əsasını qoyub.

Tədbirin təşkilatçısı — Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı, baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək, Konstitusiyanın vətəndaşların azadlıqlarının təminində, qanunun aliliyinin qorunmasında və dövlətin hüquqi dayaqlarının möhkəmlənməsindəki rolundan danışıb.

Sonra YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, Naxçıvan MR İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Nurana Kərimova və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Təbrizə Bağırova çıxış edərək, Konstitusiyanın gənclərin vətəndaşlıq mövqeyinin formalaşmasındakı əhəmiyyətini vurğulayıblar.

Tədbir çərçivəsində mövzuya həsr olunmuş film nümayişi də olub. Film vasitəsilə tələbələr Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğu və hüquqi dövlətin əsaslarının yaradılmasındakı xidmətlərini daha dərindən öyrəniblər.

Sonda kollecin direktoru Asəf Ruşanov çıxış edərək tədbirin təşkilində əməyi olan bütün iştirakçılara təşəkkürünü bildirib. O, bu cür tədbirlərin gənclərdə vətənpərvərlik ruhunun, hüquqi düşüncənin və dövlətçilik ənənələrinin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.