Humanitar fənlər birləşməsi komissiyasının tarix müəllimlərinin təşəbbüsü ilə kollecin yaranmasının 100 illik yubileyi münasibətilə "Naxçıvan Dövlət Texniki Kolleci 100 ilin zirvəsində" mövzusunda açıq dərs keçirilmişdir.
16 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Humanitar fənlər birləşməsi komissiyasının tarix müəllimlərinin təşəbbüsü ilə kollecin yaranmasının 100 illik yubileyi münasibətilə "Naxçıvan Dövlət Texniki Kolleci 100 ilin zirvəsində" mövzusunda açıq dərs keçirilmişdir. Dərsi giriş sözü ilə açan direktor, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov kollecin keçdiyi tarixi yol haqqında tələbələrə ətraflı məlumat vermişdir. Daha sonra Fənn birləşməsi komissiyasının sədri çıxış edərək Naxçıvan Dövlət Texniki Kollecinin təhsilimizin inkişafındakı rolundan bəhs etmişdir. Tarix müəllimləri kollecin fəxri məzunlarından, kollecin maddi-texniki bazası və tələbələr üçün yaradılan şəraitlərdən söz açmışlar.
Dərs tələbələr tərəfindən maraqla qarşılanmış, onları maraqlandıran məqamlar haqqında suallar ünvanlanmış və kollec haqqında geniş məlumatlar əldə etmişlər. Bu cür tədbirlər kollecin inkişafını və təhsil sistemindəki rolunu vurğulayır. Açıq dərslər, tələbələrin biliklərini artırmaqla yanaşı, həmçinin kollec icması arasında birgə fəaliyyət və ünsiyyət imkanlarını da təşviq edir. Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik yubileyi kimi mühüm bir hadisənin qeyd edilməsi, tədbir iştirakçılarını bir araya gətirərək kollecin ənənələrini yaşatmaq və onun gələcəyinə dair yeni ideyalar formalaşdırmaq baxımından əhəmiyyətlidir.



