Xəbərlər

Nəbatat Bağında “Canlılarda baş verən mövsüm dəyişkənlikləri və fotoperiodizm” mövzusunda açıq dərs keçirilmi.dir

Slide 1
Slide 2
Slide 3
Slide 4

Nəbatat Bağında “Canlılarda baş verən mövsüm dəyişkənlikləri və fotoperiodizm” mövzusunda açıq dərs keçirilmi.dir

17 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənlər birləşməsi komissiyasının biologiya müəllimi kollecin 100 illik yubileyi ilə əlaqədar Naxçıvan Dövlət Universitetinin Bioresurslar İnstitutunun Nəbatat Bağında “Canlılarda baş verən mövsüm dəyişkənlikləri və fotoperiodizm” mövzusunda açıq dərs keçmişdir.
Dərsdə Muhasibat uçotu ixtisasının I kurs tələbələri iştirak etmişlər. Tədris zamanı tələbələrə canlıların mövsümi dəyişikliklərə uyğunlaşması, fotoperiodizmin bioloji əhəmiyyəti və bu hadisələrin ekosistemlərdə rolu haqqında əyani məlumatlar verilmişdir.
NDU-nun Bioresurslar İnstitutunun Nəbatat Bağında keçirilən açıq dərs tələbələrin fənnə marağını artırmaqla yanaşı, təbiət hadisələrinin canlı aləmdəki qarşılıqlı əlaqələrinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etmişdir.