17 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə dəyirmi masa təşkil olunub.
17 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə dəyirmi masa təşkil olunub.
Tədbir Humanitar fənn birləşməsi komissiyası, Xarici dillər fənn birləşməsi komissiyası, eləcə də Kənd təsərrüfatı və iqtisadiyyat fənn birləşməsi komissiyalarının müəllimlərinin birgə təşəbbüsü ilə keçirilmişdir.
Dəyirmi masa kollecin direktoru Asəf Ruşanovun giriş sözü ilə açılmışdır. Direktor çıxışında 18 oktyabr tarixinin müstəqillik tariximizdəki yeri və əhəmiyyəti, Azərbaycanın dövlət müstəqilliyinin bərpası və bu müstəqilliyin qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir.
Daha sonra kollecin müəllimləri çıxış edərək Azərbaycanın müstəqillik tarixi, dövlətçilik ənənələri və müasir dövrdə bu dəyərlərin təbliği barədə fikirlərini bölüşmüşlər.
Tədbirin bədii hissəsində tələbələr vətənpərvərlik ruhunda hazırladıqları şeirləri və mahnıları səsləndirmiş, onların ifası iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Tədbirin sonunda 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videçarx nümayiş etdirilmiş, bu təqdimat iştirakçılarda dərin təəssürat yaratmışdır.
Dəyirmi masa maarifləndirici və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.



