17 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində təhsil müəssisəsinin 100 illik yubileyi münasibətilə ixtisaslararası voleybol turniri təşkil olunub.

Tədbirin keçirilməsində əsas məqsəd həm kollecin 100 illik şərəfli tarixini layiqincə qeyd etmək, həm də tələbələr arasında sağlam həyat tərzini təbliğ etmək, idmana marağı artırmaq və kollektiv ruhunu möhkəmləndirmək olub.
Turnirdə müxtəlif ixtisaslarda təhsil alan tələbələrdən ibarət komandalar iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışlar böyük maraqla qarşılanıb. Tələbələr öz fiziki hazırlığını, komanda ruhunu və mübarizə əzmini nümayiş etdiriblər.
Sonda fərqlənən komandalar diplom və hədiyyələrlə təltif olunub. Turnirin qalibi isə kollecin rəhbərliyi tərəfindən xüsusi mükafatla mükafatlandırılıb.
Kollecin rəhbərliyi qeyd edib ki, 100 illik yubiley çərçivəsində bu kimi tədbirlərin təşkili davam etdiriləcək və tələbələrin hərtərəfli inkişafına dəstək veriləcək.