18 oktyabr 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələri arasında stolüstü tennis üzrə turnir keçirilib.
18 oktyabr 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələri arasında stolüstü tennis üzrə turnir keçirilib. Yarışda müxtəlif təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər və güclü rəqabət şəraitində mübarizə aparıblar.
Müsabiqənin nəticələrinə əsasən:
Novruzov Sinan – kollecin I kurs tələbəsi, oğlanlar arasında I yer
Nagiyeva Aysun – qızlar arasında II yer
Bu uğurlu nəticəyə görə hər iki tələbə kollecin direktoru Asəf Ruşanov tərəfindən diplomlarla təltif olunublar. Təltifetmə mərasimində çıxış edən direktor qalibləri təbrik edib, onların bu nailiyyətini kollecin idman və ictimai həyatında fəal iştirakının göstəricisi kimi qiymətləndirib.
Belə tədbirlərin keçirilməsi tələbələr arasında sağlam həyat tərzinin təşviqi, idman mədəniyyətinin formalaşdırılması və sosial əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.



