20 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Film Fondu tərəfindən Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki kollecində seminar təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin və Naxçıvan Dövlət Film Fondunun təşikilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Keçmişin sədası gələcəyin əmanəti-xalq yaradıcılığı" adlı ədəbi ssenari müsabiqəsinin keçirilməsi ilə bağlı işlərin davam etdirilməsi məqsədilə 20 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Film Fondu tərəfindən Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki kollecində seminar təşkil olunmuşdur. Sseminarda çıxış edən Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov əvvəlcə müsabiqə haqqında ətraflı məlumat vermiş, sonra "Ssenari necə yazılmalıdır?" mövzusunda çıxış etmişdir.
Sonda seminarla bağlı suallar cavablandırılmışdır.