Xəbərlər

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycanın görkəmli şairi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə kollecin kitabxana müdirinin təşəbbüsü ilə tədbir keçirilmişdir.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycanın görkəmli şairi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə kollecin kitabxana müdirinin təşəbbüsü ilə tədbir keçirilmişdir.

22 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycanın görkəmli şairi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə kollecin kitabxana müdirinin təşəbbüsü ilə tədbir keçirilmişdir.

Tədbir çərçivəsində şairin yaradıcılığında xüsusi yer tutan "Şəhidlər" poemasının müzakirəsi aparılmışdır. Müzakirəyə kollecin direktoru Asəf Ruşanov rəhbərlik etmiş və o, çıxışı zamanı Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında tutduğu mövqe, milli ruhun tərənnümü və vətənpərvərlik mövzusundakı əsərləri, xüsusilə də "Şəhidlər" poemasının ideya-bədii məziyyətləri barədə geniş məlumat vermişdir.

Müzakirələr zamanı tələbələr poemanın məzmunu və ideyası haqqında fikirlərini bölüşmüş, şeirdən parçalar səsləndirmiş və əsərin bu gün də aktuallığını qoruyub saxladığını vurğulamışlar. Eyni zamanda tədbirdə Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonda çıxış edən müəllim və tələbələr qeyd etmişlər ki, Bəxtiyar Vahabzadənin zəngin ədəbi irsi gənc nəslin milli ruhda formalaşmasında mühüm rol oynayır və bu cür tədbirlər onun yaradıcılığının dərindən öyrənilməsi baxımından əhəmiyyətlidir.