Xəbərlər

23 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Kitabxana müdiri tələbələrlə birlikdə görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin ev muzeyini və məqbərəsini ziyarət etmişlər.

Slide 1
Slide 2
Slide 3
Slide 4

Ziyarət zamanı tələbələr Hüseyn Cavidin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatında oynadığı mühüm rol, əsərlərinin ideya-məzmun xüsusiyyətləri haqqında ətraflı məlumat alıblar. Muzeydə nümayiş olunan şəxsi əşyalar, əlyazmalar, fotoşəkillər və arxiv materialları tələbələrdə böyük maraq doğurub.

Daha sonra tələbələr Hüseyn Cavidin məqbərəsini ziyarət edərək, böyük ədibin xatirəsini ehtiramla yad etmişlər. Bu ziyarət gənclərdə milli-mənəvi dəyərlərə, ədəbiyyatımıza və mədəni irsimizə olan marağın artırılması baxımından xüsusi əhəmiyyət daşıyıb.