Xəbərlər

“Diferensiallaşma və rəqəmsal tədris mühitində fərdi yanaşma metodları” mövzusunda elmi-praktiki diskussiya təşkil olunub.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5
Slide 6

“Diferensiallaşma və rəqəmsal tədris mühitində fərdi yanaşma metodları” mövzusunda elmi-praktiki diskussiya təşkil olunub.

24 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində kollecin 100 illik yubileyi münasibətilə Ümumtəhsil və texniki ixtisaslar fənlər birləşməsi komissiyasının müəllimlərinin təşəbbüsü ilə “Diferensiallaşma və rəqəmsal tədris mühitində fərdi yanaşma metodları” mövzusunda elmi-praktiki diskussiya təşkil olunub.
Tədbiri giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açaraq iştirakçıları salamlayıb, kollecin 100 illik inkişaf yoluna qısa nəzər salıb və elmi-praktiki tədbirlərin təhsilin keyfiyyətinə töhfə verdiyini vurğulayıb. O, müəllimlərin fərdi yanaşma, rəqəmsallaşma və təlim prosesində innovativ texnologiyaların tətbiqi sahəsindəki təşəbbüslərini yüksək qiymətləndirib.
Diskussiya zamanı müxtəlif fənn istiqamətlərini təmsil edən müəllimlər müasir tədrisin aktual problemləri, rəqəmsal mühitin təlimə inteqrasiyası və fərdiləşdirilmiş yanaşmalar barədə çıxışlar ediblər.