Xəbərlər

"Qohum və erkən nigahlar sağlam cəmiyyətin formalaşması üçün əsas maneələrdən biridir" mövzusunda maarifləndirici tədbir keçirilib.

Slide 1
Slide 2

"Qohum və erkən nigahlar sağlam cəmiyyətin formalaşması üçün əsas maneələrdən biridir" mövzusunda maarifləndirici tədbir keçirilib.

24 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Qohum və erkən nigahlar sağlam cəmiyyətin formalaşması üçün əsas maneələrdən biridir" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecin şöbə müdiri Türkan Hüseynova qonaqları salamlamış və tədbirin əhəmiyyətindən bəhs etmişdir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edərək bildirib ki, qohum və erkən nigahlar cəmiyyətimiz üçün ciddi problemlər yaradır. Belə nigahlar gənclərin həm fiziki, həm də mənəvi inkişafına mənfi təsir göstərir. Erkən yaşda ailə qurmaq onların təhsilini və gələcək imkanlarını məhdudlaşdırır. Qohum nigahları isə genetik xəstəliklərin yaranma riskini artırır və nəticədə həm fərdi, həm də ictimai səviyyədə həssas qrupların sayı artır. Firuzə Hüseynova vurğulayıb ki, gənclərin maarifləndirilməsi sağlam, perspektivli nəsillərin yetişməsi və sağlam cəmiyyətin formalaşması üçün əsas şərtdir. Ona görə də, erkən və qohum nigahlarının qarşısının alınması cəmiyyətimizin gələcəyi üçün zəruridir.

Tədbirin sonunda erkən nigahla bağlı videoçarx nümayiş olunub.