Naxçıvan Dövlət Texniki Kollecinin Elektrik təchizatı ixtisasının II kurs tələbələri Naxçıvan Dövlət Universitetinin lingafon kabinetində “What is Electricity?” mövzusunda ingilis dilində izahlı video izləyiblər.
27 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Elektrik təchizatı ixtisasının II kurs tələbələri Naxçıvan Dövlət Universitetinin lingafon kabinetində “What is Electricity?” mövzusunda ingilis dilində izahlı video izləyiblər.
Dərs zamanı tələbələr fərdi qulaqcıqlardan istifadə etməklə videoda təqdim olunan söz və terminlərin düzgün tələffüzünü öyrəniblər. Lingafon kabinetinin imkanlarından istifadə dərsin daha interaktiv və effektiv şəkildə keçməsinə şərait yaradıb.
Mövzu müasir təhsilin tələblərinə uyğun şəkildə mənimsənilib və tələbələrin həm dinləyib-anlama, həm də ixtisas yönümlü ingilis dili bacarıqlarının inkişafına töhfə verib.

