Xəbərlər

Naxçıvan Dövlət Texniki Kollecində kollecin 100 illik yubileyi münasibətilə Ümümtəhsil və Texniki ixtisaslar fənlər birləşməsi komissiyasının müəllimlərinin təşəbbüsü ilə “İntellektual bilik yarışı” keçirilib.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5
Slide 6
Slide 7
Slide 8

Naxçıvan Dövlət Texniki Kollecində kollecin 100 illik yubileyi münasibətilə Ümümtəhsil və Texniki ixtisaslar fənlər birləşməsi komissiyasının müəllimlərinin təşəbbüsü ilə “İntellektual bilik yarışı” keçirilib.

27 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində kollecin 100 illik yubileyi münasibətilə Ümümtəhsil və Texniki ixtisaslar fənlər birləşməsi komissiyasının müəllimlərinin təşəbbüsü ilə “İntellektual bilik yarışı” keçirilib.

Yarışma Kompüter şəbəkələri və onların proqram təminatı, Tətbiqi proqram təminatı, İnformasiya sistemləri və verilənlər bazası, həmçinin Əməliyyat sistemləri fənlərini əhatə edib. Tədbirin əsas məqsədi tələbələrin texniki və nəzəri biliklərini artırmaq, analitik düşünmə və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, eyni zamanda fənlərarası əlaqəni gücləndirmək olub.
Tələbələrdən ibarət komandalar arasında gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda iştirakçılar müxtəlif mövzuları əhatə edən suallara cavab verərək öz peşəkar hazırlıqlarını nümayiş etdiriblər.
Sonda fərqlənən komandalar diplom və fəxri fərmanlarla mükafatlandırılıblar.