28 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində kollec kitabxanasının müdirinin təşəbbüsü ilə Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov Cəlil Məmmədquluzadənin ədəbiyyatımızda və milli oyanış tariximizdə oynadığı mühüm roldan, onun satirik yaradıcılığının cəmiyyətin mənəvi dirçəlişindəki əhəmiyyətindən geniş şəkildə bəhs edib. Direktor qeyd edib ki, “Ölülər” əsəri bu gün də aktuallığını qoruyur və gənclərin milli düşüncə tərzinin formalaşmasında xüsusi yer tutur.
Daha sonra çıxış edən kitabxananın müdiri əsərin ideya-bədii xüsusiyyətləri, personajların psixoloji obrazı və Cəlil Məmmədquluzadənin dövrün sosial problemlərinə münasibəti barədə iştirakçılara ətraflı məlumat verib. O, “Ölülər”in maarifçilik ideyalarının daşıyıcısı olduğunu vurğulayıb və gəncləri klassik ədəbiyyat nümunələrini daha çox oxumağa səsləyib.
Tədbirdə tələbələr əsər haqqında öz fikirlərini bildirərək, müzakirədə fəal iştirak ediblər. Sonda Cəlil Məmmədquluzadənin irsinin qorunması və gənc nəslə tanıdılması istiqamətində bu kimi tədbirlərin davamlı keçirilməsinin vacibliyi qeyd olunub.