Naxçıvan Dövlət Texniki Kollecinin kollektivi Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Naxçıvan şəhərində yerləşən Ulu Öndər Mustafa Kamal Atatürk heykəlini ziyarət edib.
29 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin kollektivi Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Naxçıvan şəhərində yerləşən Ulu Öndər Mustafa Kamal Atatürk heykəlini ziyarət edib.
Tədbir iştirakçıları əvvəlcə Atatürk heykəlinin önünə gül dəstələri qoyaraq, böyük Türk liderinin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Ziyarət zamanı çıxış edən kollecin rəhbərliyi və müəllim heyəti qeyd ediblər ki, Azərbaycan və Türkiyə xalqları ortaq tarixə, mədəniyyətə və qardaşlıq münasibətlərinə malikdirlər. Atatürkün rəhbərliyi ilə yaranan Türkiyə Cümhuriyyəti bu gün Türk dünyasının inkişafı və birliyi üçün ilham mənbəyidir.
Tədbirdə həmçinin Türkiyə Cümhuriyyətinin yaranma tarixi, Atatürkün ideyalarının müasir dövrdəki əhəmiyyəti və Azərbaycan–Türkiyə münasibətlərinin strateji səviyyədə olması barədə danışılıb.


