Ümumtəhsil və Texniki ixtisaslar fənlər birləşməsi komissiyasının kimya müəllimi Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsinin kimya laboratoriyasında praktik təcrübə keçmişdir.
31 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və Texniki ixtisaslar fənlər birləşməsi komissiyasının kimya müəllimi Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsinin kimya laboratoriyasında praktik təcrübə keçmişdir. Təcrübə zamanı üzvi və qeyri-üzvi maddələrin keyfiyyət təyini reaksiyaları icra olunmuşdur. İş prosesində qliserin, etil spirti, nişasta, həmçinin barium və sulfat turşusu arasında gedən reaksiyalar öyrənilmişdir. Təcrübələr zamanı əsas reagentlər kimi CuSO₄, NaOH, I₂ və H₂SO₄ məhlullarından istifadə edilmişdir. Bundan əlavə, fenolftalein indikatoru ilə aparılan reaksiya vasitəsilə məhlulun qələvi mühitdə davranışı müşahidə olunmuşdur.


