Naxçıvan Dövlət Texniki Kollecinin Xarici dillər fənn birləşməsi komissiyasının müəllimi və kollecin psixoloqu tələbələr ilə birlikdə kollecin 100 illik yubileyi münasibətilə "Naxçıvan Dövlət Tarix Muzeyi"ndə ekskursiyada olmuşlar.
31 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici dillər fənn birləşməsi komissiyasının müəllimi və kollecin psixoloqu tələbələr ilə birlikdə kollecin 100 illik yubileyi münasibətilə "Naxçıvan Dövlət Tarix Muzeyi"ndə ekskursiyada olmuşlar.
Ekskursiya zamanı muzeyin bələdçisi tələbə və müəllim heyətinə muzeyin yaranma tarixi, burada saxlanılan tarixi eksponatlar, Naxçıvanın qədim mədəni irsi və regionun tarixi inkişaf mərhələləri haqqında ətraflı məlumat vermişdir.
Tələbələr eksponatlarla yaxından tanış olmuş, Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid qiymətli nümunələri böyük maraqla izləmişlər. Ekskursiyanın sonunda iştirakçılar belə tədbirlərin gənclərin dünyagörüşünün formalaşmasına, milli-mənəvi dəyərlərin daha dərindən öyrənilməsinə və tariximizə olan marağın artmasına töhfə verdiyini qeyd etmişlər.


