Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənlər birləşməsi komissiyasının müəllimi “Zəfərin mübarək, Azərbaycan!” mövzusunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş açıq dərs keçirilmişdir.
4 noyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənlər birləşməsi komissiyasının müəllimi “Zəfərin mübarək, Azərbaycan!” mövzusunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş açıq dərs keçirilmişdir.
Açıq dərsin məqsədi Azərbaycan Respublikasının tarixi Zəfərinin əhəmiyyətini tələbələrə çatdırmaq, müasir dövrdə gənclərin vətənpərvərlik ruhunda formalaşmasına töhfə vermək, həmçinin xalqımızın birlik, həmrəylik və ordumuzun qüdrəti sayəsində əldə olunan böyük qələbə barədə dərin təsəvvür yaratmaq olmuşdur. Dərs zamanı Vətən müharibəsinin gedişatı, Azərbaycan Ordusunun şanlı döyüş yolu, şəhid və qazilərimizin fədakarlığı barədə ətraflı məlumat verilmiş, Zəfər Gününün milli tariximizdə tutduğu mühüm yer xüsusi vurğulanmışdır.
Tədbirdə həmçinin videoçarxlar nümayiş etdirilmiş, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən möhtəşəm Qələbə barədə fakt və sitatlar səsləndirilmişdir. Tələbələr müzakirələrdə fəal iştirak etmiş, dövlətə, orduya və milli dəyərlərə bağlılıq duyğularını ifadə etmişlər.

