Xəbərlər

06 noyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 8 Noyabr – Zəfər Günü münasibətilə rəsm sərgisi təşkil olunub.

Slide 1
Slide 2

Tədbir Azərbaycanın tarixi qələbəsinə həsr olunmuş sənət nümunələrinin nümayişi ilə yadda qalıb. Sərgidə tələbələrin Vətən müharibəsində qəhrəmanlıq, vətənpərvərlik və milli birliyimizi əks etdirən rəsmləri sərgilənib.

Kollecin direktoru Asəf Ruşanov tədbirdə çıxış edərək Zəfər Gününün xalqımız üçün əhəmiyyətindən danışıb. O, bildirib ki, bu cür sərgilərin keçirilməsi gənclərdə vətənpərvərlik ruhunun möhkəmlənməsinə, tarixi qələbəmizin unudulmamasına xidmət edir.

Qeyd edək ki, sərgi kollecin müəllim və tələbə heyətinin iştirakı ilə keçirilib.