Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycan Respublikasının Konstitusiya Günü, Dövlət Bayrağı Günü və Konstitusiya və Suverenlik İli günü münasibətilə maarifləndirici viktorina keçirilmişdir.
06 noyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycan Respublikasının Konstitusiya Günü, Dövlət Bayrağı Günü və Konstitusiya və Suverenlik İli günü münasibətilə maarifləndirici viktorina keçirilmişdir.
Viktorinanın əsas məqsədi tələbələrdə vətənpərvərlik ruhunu gücləndirmək, dövlət rəmzlərimizə hörmət hissini artırmaq və Azərbaycan Respublikasının Konstitusiyası haqqında biliklərini dərinləşdirmək olmuşdur.
Viktorina zamanı iştirakçılar dövlətimizin müstəqilliyi, suverenliyi, üçrəngli bayrağımızın rəmzi mənası, himnimizin və gerbimizin mahiyyəti, həmçinin Konstitusiyamızın əhəmiyyəti ilə bağlı suallara cavab veriblər. Tələbələrin fəallığı və marağı tədbirə xüsusi rəng qatıb.
Sonda fəal iştirak edən bütün tələbələrə kollecin rəhbərliyi tərəfindən təşəkkür bildirilib və onlara gələcək təhsillərində və ictimai fəaliyyətlərində uğurlar arzulanıb.
🇦🇿 Vətənini sevən, tarixini unutmur!




