Xəbərlər

Ümumi təhsil və texniki fənlər birləşməsi müəllimləri kollecin 100 illik yubileyi münasibətilə tələbələr üçün maarifləndirici və elmi səfər xarakteri daşıyan ekskursiya təşkil etmişlər.

Slide 1
Slide 2
Slide 3

Ümumi təhsil və texniki fənlər birləşməsi müəllimləri kollecin 100 illik yubileyi münasibətilə tələbələr üçün maarifləndirici və elmi səfər xarakteri daşıyan ekskursiya təşkil etmişlər.

06 noyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumi təhsil və texniki fənlər birləşməsi müəllimləri kollecin 100 illik yubileyi münasibətilə tələbələr üçün maarifləndirici və elmi səfər xarakteri daşıyan ekskursiya təşkil etmişlər.
Ekskursiyada II kurs tələbələri iştirak etmiş və səfərin əsas istiqaməti Batabat Astrofizika Rəsədxanası olmuşdur. Səfərin məqsədi tələbələrin astronomiya, fizika və elmi tədqiqat sahələrinə olan marağını artırmaq, onların nəzəri biliklərini praktiki müşahidələrlə möhkəmləndirmək olmuşdur.
Tələbələr rəsədxanada aparılan elmi işlərlə, müasir müşahidə cihazları ilə tanış olmuş, astronomik tədqiqatların əhəmiyyəti və bu sahənin inkişaf istiqamətləri barədə maraqlı məlumatlar əldə etmişlər.
Ekskursiya boyu tələbələrə müşahidə prosesləri, ulduzların öyrənilməsi və kosmik hadisələrin tədqiqi barədə ətraflı izahlar verilmişdir.

Sonda müəllim və tələbələr üçün Batabat yaylağının təbiət mənzərəsi fonunda xatirə şəkilləri çəkilmiş, kollecin 100 illik yubileyinə həsr olunmuş bu tədbir həm elmi, həm də maarifləndirici əhəmiyyətinə görə yadda qalan olmuşdur.