Xəbərlər

1⃣0⃣0⃣ Naxçıvan Dövlət Texniki Kollecinin 💯 illik yubiley konfransı keçirilib

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5
Slide 6
Slide 7
Slide 8
Slide 9
Slide 10
Slide 11
Slide 12
Slide 13
Slide 14
Slide 15

1⃣0⃣0⃣ Naxçıvan Dövlət Texniki Kollecinin 💯 illik yubiley konfransı keçirilib

1⃣0⃣0⃣ Naxçıvan Dövlət Texniki Kollecinin
💯 illik yubiley konfransı keçirilib

🔹Dekabrın 1-də Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik yubileyi münasibətilə “Ulu Öndər Heydər Əliyevin ideyalarının işığında Naxçıvan Dövlət Texniki Kollecinin inkişaf yolu” adlı konfrans təşkil olunub.

🔹Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, dövlət və hökumət rəsmiləri, Ali Məclisin deputatları, ictimaiyyət nümayəndələri və kollecin kollektivi iştirak ediblər.

🔹Tədbir iştirakçıları əvvəlcə Naxçıvan Dövlət Texniki Kollecinin bir əsrlik inkişaf yoluna həsr olunmuş sərgiyə baxıblar.

🔹Konfransın açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

🔹Sonra Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

🔹 Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin bütün regionları kimi Naxçıvanın da inkişafını daim diqqət mərkəzində saxlayır və muxtar respublikanın sosial-iqtisadi potensialının gücləndirilməsi üçün ardıcıl addımlar atılır. Dövlət başçısının Naxçıvana göstərdiyi qayğı, digər sahələrlə yanaşı təhsil və insan kapitalının inkişafına yönəlmiş layihələrin daha sürətlə həyata keçirilməsinə şərait yaradır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” insan kapitalının gücləndirilməsini əsas strateji hədəf kimi müəyyənləşdirir. Bu çərçivədə peşə təhsilinin rolunun artırılması, müasir ixtisasların tətbiqi və istehsalat mühitinə uyğunlaşdırılmış təlim bazasının yaradılması vacibdir.

Daha ətraflı facebook səhifəmizdə...